2022-ci ildə Azərbaycanda istehlak qiymətləri 2021-ci ilə nisbətən 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5%, qeyri-ərzaq məhsulları üzrə 8,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4% artıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 yanvar tarixli hesabatında əks olunub.
Məlumatda bildirilib ki, qida məhsulları üzrə qiymət artımı 20,1%, qeyri-ərzaq məhsulları üzrə 8,6%, ödənişli xidmətlər üzrə isə 10,4% təşkil edib.
2022-ci ilin dekabr ayında əvvəlki aya nisbətən ən çox qiymət artımı tərəvəzlərdə (7,8%), yumurtada (2,5%) və meyvələrdə (2,1%) qeydə alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.