Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib. Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.
Bu barədə 26 yanvar tarixində APA məlumat verib.
O bildirib ki, bunun 180-i Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb: “2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.