Ötən il Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında etik qaydalara riayət etməyən və buna görə cəzalandırılan işçilərin sayı açıqlanıb.
Bu barədə 3 may tarixində Report məlumat verib.
Belə ki, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilən 58 intizam tənbeh tədbirindən 46-sı töhmət, 7-si dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması olub.
2 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.