Qanunsuz ov edən şəxs barəsində tədbir görülüb. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 20 yanvar tarixində məlumat verir.
Mahmudçala Ovçuluq Təsərrüfatında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Biləsuvar rayon sakini Bəhruz Əhmədov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.