top
Özbəkistan mətbuatı Azərbaycan xalqının yaratdığı petisiyaya dəstək çağırışını işıqlandırıb
31 oktyabr 2022, 01:16
- ↺ +

Özbəkistan mətbuatı Azərbaycan xalqının yaratdığı petisiyaya dəstək çağırışını işıqlandırıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycanlılar qardaş özbək xalqına Fransa Senatında Ermənistan-Azərbaycan münaqişəsinə birtərəfli baxışa qarşı olan Petisiyaya dəstək vermək xahişi ilə müraciət ediblər”. Bu barədə Özbəkistanın KİV-lərində məlumat yayılıb.

“Ravshan Shorikov” Telegram telekanalında aşağıdakılar qeyd edilib:

Oktyabrın 3-də Fransa Senatının üzvləri öz hökumətlərini və Aİ ölkələrinin Azərbaycan nefti və qazını almasına embarqo qoymağa təşəbbüs göstərməyə çağıran qətnamə layihəsini irəli sürüblər. Bu qətnamə üzrə səsvermə noyabrın 15-nə təyin edilib.

Özbəkistan prezidenti ötən il Türk Şurasının sammitində çıxış edərkən İkinci Qarabağ müharibəsi nəticəsində tarixi ədalətin bərpa olunduğunu desə də, Fransadakı erməni lobbisi Qarabağın işğaldan azad edilməsinin qisasını almağa çalışır.

Ancaq Qarabağ təkcə Azərbaycanın haqqı deyil, həm də bütün türk sivilizasiyasının mədəni və tarixi irsidir. Məhz burada Böyük Əmir Teymur Asiya və Şərqi Avropanın taleyinə təsir edən bir çox qərarları qəbul etmişdir. Burada 1403-1404-cü illərin qış aylarında onun mənəvi tərbiyəçisi, peyğəmbərin nəslindən olan Mir Səid Barak vəfat etmişdir. Görkəmli özbək astronomu və riyaziyyatçısı kimi tarixə düşən Mirzo Uluqbek uşaq ikən qışı burada keçirmişdir.

Oktyabrın 11-də Azərbaycanın 10 vətəndaşından ibarət təşəbbüs qrupu Fransanın saytında öz xalqı adından Senata və Fransa xalqına petisiya hazırlayıb. İlk iki həftə ərzində, demək olar ki, 50 000 insan petisiyanın lehinə səs verib. Üstəlik, təkcə Azərbaycan sakinləri deyil, İran, Rusiya, Qazaxıstandakı azərbaycanlılar da səs verirlər. Fransanın Bakı, Moskva və Astanadakı səfirlikləri qarşısında aksiyalar keçirilib.

Həmçinin bildirilib ki, Azərbaycanlı qardaşlar noyabrın 15-dək (yəni Senatda anti-Azərbaycan qətnaməsinin səsvermə gününə qədər) petisiyaya səslərin sayını 100 minə çatdırmağa, dünya mediasına da mesajlarını çatdırmağa çalışırlar. Onlar özbək xalqından onların təşəbbüsünə qoşulmağı xahiş edirlər, əks halda altı ay və ya bir ildən sonra Özbəkistanın özü də oxşar vəziyyətlə üzləşə bilər. Fransa mediası artıq Özbəkistan haqqında alçaldıcı və təxribatçı tonda danışmağa başlayıb:


  • “Ötən il yenidən seçilən prezident ölkədə avtoritar rejimi saxlamaqda ittiham olunur” (Le Monde);

  • “Qaraqalpaqstanda hakimiyyətə qarşı çıxacaq real liderlər yoxdur” (Ouest-France);

  • “Özbəkistanda baş verən son hadisələr Vladimir Putinə yaxın olan avtoritar rejim təbliğatının yaratdığı sabitlik imicinə xidmət etmir” (Radio France).


Bununla yanaşı Özbəkistanın “Birja Qəzeti” də Azərbaycan xalqı adından Qardaş özbək xalqına müraciət dərc edib.

AZƏRBAYCAN XALQI ADINDAN QARDAŞ ÖZBƏK XALQINA MÜRACİƏTİN tam mətni (rus dilində):

https://insanoid.com/obrashhenie-ot-imeni-azerbaydzhanskogo/

AZƏRBAYCAN XALQI ADINDAN QARDAŞ ÖZBƏK XALQINA MÜRACİƏT (Özbək dilində):

https://insanoid.com/ozarboyzhon-khalki-nomindan-birodar-%D1%9Ez/

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Bu gün, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Bu gün, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Bu gün, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Bu gün, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Bu gün, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Oxşar xəbərlər