Bakıda dəhşətli intihar hadisəsi olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 4 iyun tarixində xəbər verir.
Nizami rayonu ərazisindəki “Siyaqut” şadlıq sarayının yaxınlığında 23 yaşlı Yaftum Orucov özünü hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən atıb.
Hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb.
Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq başvermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.