Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə daha bir qrup şəxs aktivlərlə təmin olunub. Bu barədə 14 aprel tarixində Dövlət Məşğulluq Agentliyi tərəfindən məlumat verilib.
Məlumata əsasən, layihə çərçivəsində işsiz şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib. Beləliklə, proqram çərçivəsində aktivlərlə təmin olunan şəxslərin sayı 1 785-ə çatıb. Onların mühüm bir qismi müharibə iştirakçıları və şəhid ailələrinin üzvləridir.
Qeyd edək ki, proqram çərçivəsində 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub.