Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləş-moblar keçirilib. Bu barədə noyabrın 8-də Report məlumat yayıb.
Tədbirlərdə “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şüarları, xarı bülbül çiçəyi və Azərbaycan – Pakistan – Türkiyə bayraqları yer alıb.
Fləş-moblarda 800-dən artıq pakistanlı iştirak edib.