Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə 15 iyun tarixində Report məlumat verib.
Pakistanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.