Fransanın paytaxtı Parisdəki seçki məntəqəsində səsvermə başlayıb. Bu barədə 7 fevral traixində Report məlumat verib.
Yerli vaxtla səhər saat 08:00-da növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsverməyə start verilib.
Qeyd edək ki, prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.