Azərbaycanda avtomobillərin parklanma ödənişlərinin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 6 iyul tarixində xəbər verir.
Bu, maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə həyata keçiriləcək.
Bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.
İyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib.