Cəlilabadda 9 min il əvvələ aid edilən Paşatəpə qədim yaşayış məskənində qazıntılar aparılır. Bu barədə 10 avqust tarixində Report məlumat verib.
Rayonun Cəfərxanlı kəndi ərazisində yerləşən tarixi ərazidə qazıntı işləri Tarix, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilir.
Ərazi kəndin mərkəzində yerləşir. Ötən il də burada arxeoloji qazıntılar aparılıb.
Həmin vaxt ərazidə 9 min il əvvələ aid olan yaşayış məskəni aşkarlanıb. Eyni zamanda burada çoxlu məişət əşyaları və insan sümükləri tapılıb.
Bundan başqa, bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar edilib.
Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.
[gallery link="file" columns="4" size="full" ids="125173,125177,125174,125175"]