Prezident İlham Əliyev 1 iyul 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.
Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.