Bakıda yük maşını qəflətən yanıb. Bu barədə APA 9 may tarixində xəbər verib.
Bakı dairəvi avtomobil yolunda baş verən yanğın qısa müddətdə genişlənib.
Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb.
Fakt araşdırılır.
[caption id="attachment_115239" align="alignnone" width="696"]
Foto APA,az saytı[/caption]