Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb. Bu barədə APA 8 iyun tarixində xəbər verib.
Rayonun Slavyanka kəndində Bakı şəhər sakini olan 57 yaşlı Vaqif Məmmədovun meyiti kənddə yerləşən istirahət mərkəzlərinin birində aşkar edilib.
İlkin məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.
Ölümün səbəbləri araşdırılır.