Bakıda 2022-ci ilin yanvar-fevral aylarında əhali ictimai iaşə obyektlərində 96 milyon manatdan çox pul xərcləyib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 88% çoxdur. Bu barədə məlumat Bakı Şəhər Statistika İdarəsinin 30 mart tarixindəki hesabatında əks olunub.
Təkcə fevral ayında paytaxt sakinləri ictimai iaşə obyektlərində 48,3 milyon manat pul xərcləyib.
Azərbaycanda cari ilin ilk iki ayında ictimai iaşə dövriyyəsi 176 milyon manat təşkil edib.