Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
Belə ki, 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlu birlikdə yaşadıqları Bakı şəhərinin Binəqədi rayonu Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.