Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 5 iyun tarixində xəbər verir.
Qəza Gəncə prospektində baş verib.
Belə ki, 33 yaşlı Fəridə Quliyeva 57 yaşlı anası Rəsmiyyə Quliyeva ilə yolun əks-tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub.
Yaralılar hər ikisi ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.