Bakıda avtomobil ana və uşağını vurub. Bu barədə 13 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, 11.12.2023-cü il saat 10:30 radələrində 1954-cü il təvəllüdlü İbrahimov Qəmnalı Məmməd oğlu "Opel Vectra" markalı avtomaşınla Nizami rayonu ərazisində hərəkətdə olarkən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkətdə olan piyadalar - 1990-cı il təvəllüdlü Aşırova Ayişə Mühərrəm qızı və onun övladı - 2015-ci il təvəllüdlü Yaqubəliyeva Aysu Elmir qızını vurub.
Piyadalar "Yeni Klinika"ya yerləşdiriliblər. Ayişə Aşırova aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb.
Cinayət işi başlanılaraq istintaq davam etdirilir.