Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib. Bu barədə APA 17 yanvar tarixində xəbər verib.
Şıx qəsəbəsi ərazisində 33 yaşlı Cəmilə Məmmədova evdə keçmiş əri ilə mübahisə edib. Bu zaman kişi ona odlu silahdan atəş açıb.
Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Fakt araşdırılır.