Bakının Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında avtomobil piyadanı vurub. Bu barədə Report aprelin 9-da məlumat verib.
27 yaşlı qız yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.