Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 28 oktyabr tarixində Report məlumat verib.
Belə ki, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Şıxəlizadə Əhmədağa Samir oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.