Bakıda kafedən 4 000 manatlıq oğurluq edilib. Bu barədə 8 avqust tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
İyulun 29-na keçən gecə paytaxtın Xətai rayonunun X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4 000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.