Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışlarında qaliblər müəyyənləşiblər. Bu barədə 17 avqust tarixində Report məlumat verib.
Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında həm fərdi, həm də komanda şəklində mübarizədə çinlilər birinci yerləri tutublar.
Fərdi növdə Çin yığmasının üzvü Boven Janq 244.3 xalla qızıl medalı qazanıb. Gümüş medalı 240.8 xal toplayan serb Damir Mikeç, bürünc medalı isə 215.7 xal yığan bolqar Kiril Kirova əldə edib.
Komanda növündə də ilk yeri çinlilər tutub. Gümüş medala Almaniya, bürünc medala Hindistan millisi sahiblənib.
[gallery link="file" columns="4" size="full" ids="126048,126046,126050,126047"]