Bakıda güclü külək yaşayış binasının damını uçurub. Bu barədə 6 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsinin 28-ci məhəlləsində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq asılı vəziyyətdə qalıb.
FHN-in əməkdaşları dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsərək götürüblər.