Bakının Binəqədi rayonunda intihara cəhd olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 1 fevral tarixində məlumat verib.
Biləcəri qəsəbəsinin Məmməd Səid Ordubadi küçəsində qadın və kişi beşmərtəbəli binanın damına çıxaraq ordan intihar edəcəklərini bildiriblər.
Bunu görən ətrafdakı insanlar polisə məlumat veriblər.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.
Həmin şəxslərlə FHN-in psixoloqları söhbət apardıqdan sonra onlar fikirlərindən daşınıblar.
Hər iki şəxs izahatları alınması üçün polis bölməsinə aparılıb.
[caption id="attachment_103752" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]