Bakıda yeni üzgüçülük hovuzu istifadəyə verilib. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar onun xatirəsinə ithaf olunan idman obyektinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak ediblər.
Üzgüçülük hovuzu ADBTİA-nın arxasında, "ABU Arena"nın yanında yerləşir.
[gallery columns="2" link="file" size="full" ids="157893,157895"]