Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1 fevral tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər veririk.