Bu gün keçirilən prezident seçkilərində Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub. Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Penitensiar müəssisələrdə səsvermə prosesi davam edir. Bakı İstintaq Təcridxanasında 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı məntəqələrində səsvermə keçirilir.
“Məntəqədə siyahı üzrə 1362 seçici qeydiyyatdadır və indiyədək 300-ə yaxın məhkum səs verib”, - deyə 38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev bildirib.