Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Məlumata görə, körpələrin vəziyyəti stabildir.
Ötən gecə Bakı şəhəri Xətai rayonunun Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. Yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Fakta görə, “yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” və “səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddələri ilə cinayət işi başlanıb.