Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub.
Xilasedicilər axtarışlara cəlb olunublar.