Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko aprelin 15-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu haqda Rusiya XİN-i məlumat paylaşıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı məsələləri, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli regional problemlər müzakirə olunub.