Polis mayoru ürəktutmadan dünyasını dəyişib. Bu barədə 10 dekabr tarixində APA məlumat verib.
Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.
1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb. O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.