Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini S.Balakişiyevin qanunsuz ov etdiyi müəyyən edilib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Həmin şəxsdən ov zamanı istifadə olunan tüfəng və ovladığı vəhşi quşlar aşkarlanıb.
Bundan başqa, keçirilən profilaktiki tədbirlərlə daha 2 ov silahı könüllü olaraq polis əməkdaşlarına təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.