Azərbaycanlı tələbə Polşada dünyasını dəyişib. Bu barədə İnsanoid Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərliyə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
O bildirib ki, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin (University of Economics and Human Sciences in Warsaw) həm tələbəsi, həm də əməkdaşı olan 30 yaşlı Murad Qarayev ürək çatışmazlığından dünyasını dəyişib.
F.Cəfərlinin sözlərinə görə, Murad Qarayevin nəşinin Azərbaycana göndərilməsi məqsədilə iş aparılır.
Bunun üçün onun təhsil aldığı və işlədiyi universitet tərəfindən yardım fondu yaradılıb.