Polşanın paytaxtı Varşava şəhərində yaşayan azərbaycanlı tələbə Yusif Həsənovun meyiti tapılıb. Bununla bağlı onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bu barədə 22 iyun tarixində Modern.az məlumat verib.
Soydaşımızın meyitinin göldən tapıldığı bildirilir.
Qeyd edək ki, bu yaxınlarda Yusif Həsənovun itkin düşməsi barədə xəbər yayılmışdı.