Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.
Bu barədə 4 may tarixində Report məlumat verib.
Dövlət başçısı “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin tikinti işlərinin gedişi ilə tanış olub.
Həmçinin İlham Əliyev “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Xudafərin qəsəbəsinin, Şükürbəyli və Horovlu kəndlərinin təməlini qoyub.