Prezident İlham Əliyev Qazaxıstana səfər edəcək. Bunu Azərbaycan və Qazaxıstan arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən 19-cu iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
Bu barədə 7 aprel tarixində Report xəbər verib.
Nazir bildirib ki, Azərbaycanla Qazaxıstan arasındakı münasibətin mühüm hissəsini ticarət əlaqələri təşkil edir: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 4 dəfə artaraq 598 milyon dollar təşkil edib. Ticarət əlaqələrinin inkişafında xüsusi rolu müntəzəm ticarət missiyaları oynayır".
Nazir Qazaxıstan iş adamlarını Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməyə, ora sərmayə yatırmağa çağırıb:"Burada iş adamları üçün lazımi şərait yaradılıb".