Prezident İlham Əliyev Şuşa rayonunda səfərdədir. Bu barədə 21 iyul tarixində Prezidentin Mətbuat Xidməti xəbər yayıb.
İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub. Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
Dövlət başçısı 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə də tanış olub.