Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub. Bu barədə İnsanoid Mərkəzi Seçki Komissiyasına istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
Qurumun rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb.
Bu dairədə seçici fəallığı 89,22% olub.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsidir. Burada seçici fəallığı 66,03% təşkil edib.