Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Bu barədə 9 may tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib.
Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.
Dövlətimizin başçısı Atatürk küçəsinin lövhəsinin açılışını edib.