Andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 14 fevral tarixində xəbər verir.
Dövlət başçısı və birinci xanım ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.