Prezidentliyə namizəd Fuad Əliyev növbədənkənar prezident seçkilərində səs verib. Bu barədə 7 fevral tarixində Report məlumat verib.
O, 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Bu məntəqənin seçici siyahısında 1 409 nəfərin adı var.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə:
- hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc,
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev,
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa,
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev,
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
- namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.