Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib. Bu barədə Report 7 fevral tarixində xəbər verib.
O, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.