Azərbaycanda prokurorluq orqanlarında 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir. Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
Bu barədə 15 yanvar tarixində Report məlumat verib.
Onun sözlərinə görə, prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır: "Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir".