1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan şəxs 11 yaşlı oğlanı bıçaqlayıb. Bu barədə Report 21 iyun tarixində xəbər verib.
Hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.
Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 40 yaşlı S.Həsənovla 11 yaşlı Ö.Məmmədlinin yoldan keçən qadınlara söz atması səbəbi ilə bağlı aralarında mübahisə yaranıb.
Nəticədə o, azyaşlının qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq bədən xəsarəti yetirib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.