Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir. Bu barədə martın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi xəbər verib.
Ümumilikdə test imtahanından keçən 303 namizəd müsahibə mərhələsində iştirak edəcək.
Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.