"Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadacaq. Bu barədə Report 10 iyun tarixində xəbər verib.
Klubun baş meneceri Nail Kərimovun sözlərinə görə, Ülvi İsgəndərovla razılığa gəliblər. 26 yaşlı hücumçu ilə münasibətlər yaxın vaxtlarda rəsmiləşdiriləcək.
"Qəbələ" daha əvvəl Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov və Emin Səfərovla müqavilələri uzadıb. Məqsəd İsayev isə komandadan ayrılıb.