"Qəbələ" klubu bu gün ikinci yoxlama oyununu keçirəcək. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 15 iyul tairixində xəbər verir.
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qırmızı-qaralar" Elmar Baxşıyevin başçılığı ilə Rusiya təmsilçisi "Orenburq"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Komandamız ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib.