Qəbələ sakinlərindən 10 tüfəng götürülüb. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd ov tüfəngi aşkar edilib.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.